"Qazandığımı aparıb kanal rəhbərlərinə verirdim" - Natavan Həbibi
Xəbər verdiyimiz kimi, aparıcı Kazım Sübhan videoaçıqlama yayaraq Reper Elşad Xosenin efirə çıxması üçün qonorar istədiyini deyib.
Axşam.az-ın məlumatına görə, Kazım müğənni Natavan Həbibinin və Xatirə İslamın da telekanallardan pul istədiyini xatırladaraq tənqid edib.
Onun açıqlamasına Natavan da cavab verib. O bildirib ki, telekanallara vaxtında çox pul xərcləyib:
"Əzizim Kazim, elə hər şey qarşılıqlıdır deyə... Solo karyeraya başlayanda qazandığımı (qeyri-rəsmi şəkildə ) aparıb verirdim telekanallarda oturan, incəsənəti pulnan işıqlandıran kanal rəhbərlərinə, yaxşı? Ödənişsiz efirin bir saniyəsini də verməzlər. Adları da çəkək. Dövlətimiz isə bu rüsumu hər zaman elə rəsmi şəkildə ayırıb bu ölkənin incəsənət nümayandələrinə ki, dünya təcrübəsində bu əsrlərdir adi hal və formatdır. Dərinə gediriksə gedək, sizin kanal illərdi mənə elə hey qadağalar qoyub.
Mənə qadağa qoyub, "çuşka-çuşka" mahnılara qulaq asın. Rəzilliyi dünyaya tanıdın. Gələcək nəsil sizə "sağ ol" deyər. Boş-boş manıs səviyyəsində söhbətləri yaymayın. İnsanlar öz hüquqlarını bilməlidir. Qanun elə hamı üçün qanundur. Bəli, elə sizin rəhbərlərinizə də demişəm bunları".
Natavan ona reaksiya verən aparıcı Ruslan Ağayevin "Yaxşı mahnını təbliğ etdiyini hər kəs dəfələrlə deyib, deyir… Haqqına danış! Amma sən bu gün özün vadar edirsən ki, o mahnını deyil, alternativ ifalar yer alsın efirlərdə. Gələcək nəsli düşünən ifaçılar səhnəyə çıxıb, efirlərdə oxumalıdırlar. Zövqsüzlüyü aradan qaldırmaq üçün "Youtube" yetmir. Efirləri qınamaq ən primitiv üsuldu, sırf mahnıların, musiqilərin yer aldığı kifayət qədər veriliş var…" sözlərinə belə reaksiya verib:
"Heç kim heç kimdən artiq deyil, kimin haqqı nədirsə onu istəyir. Nə sənin, nə də Kazımın bu mövzunu bu formada yayması yaxşıdır. Sən efir işçisisən ödənişsiz çıx, mən istəmirəm. Oldu? Aqressiya nədən? Siz mənim ən güclü dostlarımdansınız. Səhnəyə çıxanda haqlı olaraq qonorar istəyirəm. Kim istəmirsə, oliqarxdır".
Natavan daha sonra Kazıma səslənərək "Niyə insanlar öz haqqını istəyəndə bu qədər qarışırsınız? Bayaqdan düşünürəm... Siz ki bilirsiniz biz necə pullar aparıb verirdik, indi də çoxları pul ödəyib çıxır. Heç bunu danışmırsınız. Bizə bunu dövlət ayırır, ruzimizə niyə qarşı çıxırsınız? Bəsdirin, varlı müğənni tanıyırsan? Yaxşı, mən müğənni yox, yaxşı musiqiçiyəm. Bu da mənim qazancım, ruzim və yolumdur. Siz də ödənişsiz çalışın. Pul versələr sizinlə bölüşərəm, bəsdirin. İmkan verin haqqımızı istəyək" sözlərini əlavə edib.
Qeyd edək ki, Natavan Həbibinin verilişlərə qatılmaq üçün kanal rəhbərlərindən 10 min manat istədiyi açıqlanmışdı.
1106 dəfə oxundu