“Qadınlar kökəlir, sonra da verilişə gəlirlər ki, kişi qaçdı” - Elgiz Əkbər

 “Qadınlar kökəlir, sonra da verilişə gəlirlər ki, kişi qaçdı” -

“İndi qadınların 90 faizi kökdür. Əvvəl paltarı, qabları əllə yuyurdular, evləri süpürür, şirə çəkirdilər. İndi Azərbaycanın ən ucqar kəndindəki evdə qabyuyan, paltaryuyan maşın, tozsoran var”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər deyib.

O, qadınların artıq çəki almasından bəhs edib:

“Ona görə də qadınlar kökəlirlər. Ər də onları buraxır. Gəlirlər bizim verilişə ki, kişi qaçdı. Kişinin kök olmasında problem yoxdur, onu bağışlamaq olar. Önəmli olan qadının kökəlməməsidir”.

Proqramda qonaq olan Əməkdar artist Gövhər Rzayeva isə “Qaçan kişi onsuz qaçacaq” deyərək, ona etiraz edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1008 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...