"Qaranlıqda seksi sevirəm" - Azərbaycanlı model - FOTOLAR
Müsahibimiz "Miss Azerbaijan" yarışmasının üçüncüsü Əfsanə Qasımovadır. Ona ünvanladığımız hər bir sualı tərəddüd etmədən və tam səmimi cavablandıran model-aktrisa, deyəsən, sözün əsl mənasında, adı kimi əfsanəyə çevrilmək istəyir. GUNDEMİNFO.AZ BiG.AZ-a istinadən həmin müsahibəni sizə təqdim edir.
- Əfsanə xanım, artıq uzun müddətdir ki, model olaraq fəaliyyət göstərirsiniz. Hər dəfə podiumda addım atdıqca nə düşünürsünüz?
- Özümlə fəxr edirəm. Düşünürəm ki, nə yaxşı bu peşədəyəm.
- Bu qədərəmi sevirsiniz öz peşənizi?
- Bəli, çox sevirəm. Sənətimə bağlıyam.
- Sizi sənətə gəlməyə vadar edən, yaxud da sizi modelliyə belə bağlayan hansı amildir ki?
- Mən bu peşəyə sırf kimlərinsə acığına gəlmişəm. Qarşıma məqsəd qoymuşam, həmin insanları bir gün peşman edəcəyimi özümə söz vermişəm.
- Sözünüzün üstündə dura bilirsinizmi?
- Şükür Allaha, hələ ki, yaxşı gedir (gülür).
- Özünüzü daha çox gözəl hesab edirsiniz, yoxsa gözəl?
- Vallah, mən nə deyə bilərəm? Bunu kənardan baxanlar daha yaxşı bilər.
- Ümumiyyətlə, kişi olasaydınız, Əfsanənin nəyinə tamah salardınız?
- Gözlərinə.
- İndi modellərin əksəriyyəti bir gecəlik kimlərinsə "qonağ"ı olur... Model adı sanki "damğa"lanıb. Bu amillərə görə, sizə də fahişə adı "yapışdıran" olub?
- Üzümə deməyə heç kimin cəsarəti çatmayıb. Amma ola bilsin ki, arxamca çox sözlər deyiblər, iftiralar atıblar.
- Ailəlisiniz?
- Xeyr, nişanlı olmuşam, ayrılmışam.
- Səbəb nə idi ki?
- Səbəblər hər ikimizdə var idi. Alınmadı...
- İndi həyatınızda kimsə var?
- Var. Mənin inanmağım gəlməzdi ki, mən bir daha kimisə sevə bilərəm, kimsə məni təəccübləndirər. İndi həyatımda olan insanı çox sevirəm. Dörd aydır ki, bir yerdəyik, ona çox öyrəşmişəm, o da mənə.
- Bir qadın olaraq intim həyatın dadını tam çıxarda bilmisinizmi?
- Bəli, çıxartmışam.
- Bədəninizin hansı hissəsinin öpüşlərə qərq edilməsini istəyirsiniz?
- Boynumu...
- Erotika, yoxsa seks?
- Mənim üçün erotika daha yaxşıdır.
- İntim əlaqə zamanı kompleksləriniz olur?
- Olur. İşıqda sevişə bilmirəm. Qaranlıqda daha rahat olur. Qaranlıqda seksi sevirəm.
- "Miss Azerbaijan" müsabiqəsinin qalibi ola biləcəyiniz deyilirdi. Hətta namizədlər sırasında birinci olaraq göstərilirdiniz, amma ədalətsizliyə uğradınız. Nə baş verdi?
- Əslində o barədə danışmaq, onları reklam etmək istəmirəm. Olan oldu...
- Etiraf edək ki, həmim müsabiqədən sonra tədbirlərə tez-tez dəvət almağa başladınız. Reklam çarxlarına, filmlərə və seriala çəkildiniz. Özüzünü aktrisa olaraq təsdiqləmək istəyirsiniz?
- Əbəttə, niyə də yox?! Qısametrajlı filmlərdə, eləcə də "Bacanaqlar"da rol almışam. İndi də təkliflər var. Dəyərləndirməyə çalışıram.
- Əfsanə xanım, adınız üstünüzdə, sizcə, əfsanəyə çevrilə biləcəksinizmi?
- Mən artıq bir əfsanəyəm (gülür).
4780 dəfə oxundu