Qədir Rüstəmovun müğənni oğlu: “Mənə ad verən olsa...”

Qədir Rüstəmovun müğənni oğlu:
"Qədir Rüstəmovun adına, sənətinə həmişə hörmət olub və bu gün də davam edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, mərhum sənətkar Qədir Rüstəmovun oğlu Azər Rüstəmov deyib. Ağdam rayon Musiqi Kollecində müəllim kimi işləyən sənətçi orada muğama xüsusi diqqət olduğunu vurğulayıb.

Müğənni gözəl səsli tələbələrinin də olduğunu bildirib:

"Uşaqlıqdan oxuyuram, səhnədəyəm. Muğam Musiqi Məktəbini bitirmişəm, muğam və xalq mahnılarını sevə-sevə oxuyuram. Qədri yamsılamıram, toyda olanda qonaqlar rəhmətliyin mahnılarından oxumağımı sifariş edirlər. Əsasən də "Sona bülbüllər, mən də oxuyuram. Qədir Rüstəmovun adı və sənəti mənə hərtərfli dəstəkdir. Böyük sənəti var, hər kəs də hörmət edir. Bir qapını döyəndə kömək əllərini uzadırlar, kömək edirlər deyəndə, mənə maşın, ev vermirlər, toylara, hər hansı bir problemlə bağlı harasa müraciət edəndə hörmət edirlər”.

Azər Rüstəmov Qədir Rüstəmov sənətinin davamçısı olsa da, hələ fəxri adının olmadığını deyib:

"Ad verən olsa, istəyərəm. Müharibədə olmuşam, oradan qayıdandan sonra Rusiyaya getdim, toylarda oxuyurdum. Bir-iki ildir ki, müəllim işləyirəm, tədbirlər olanda gedirəm. Azərbaycanın hər tərəfindən məni toylara dəvət edirlər. Xalq sağ olsun, toya aparmasa, pul verməsə, biz necə dolanarıq? Burdan hər kəsə təşəkkür edirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...