"Toyuma bir gün qalmış evdən qaçmışam" - Xalq artistindən ETİRAF (VİDEO)

"Toyuma bir gün qalmış evdən qaçmışam" -
Xalq artisti Gülyanaq Məmmədova ATV kanalında yayımlanan “1 dəqiqə” verilişinə qonaq olub.

Unikal.org xəbər verir ki, o, veriliş boyunca şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar edib. Xalq artisti 1992-ci ildə toyuna bir gün qalmış evdən qaçıbmış. Buna səbəb sənətçinin ailəsi tərəfindən sevmədiyi dayısı oğlu ilə ailə qurmağa məcbur edilməsi olub.

“1991-ci ildən 1992-ci ilədək onunla nişanlı olmuşam. O, məni sevirdi, mən də onu dayım oğlu kimi sevirdim. Mən arzularımın ardınca qaçmışam”, - Məmmədova deyib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1052 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...