"Qızımı günlərlə görə bilmirəm" - Zaur

"Qızımı günlərlə görə bilmirəm" -


ATV-nin aparıcıları Zaur və Günay Baxşəliyevlər cütlüyü qızı Dilavərdən danışıb.

Axşam.az-ın məlumatına görə, Z.Baxşəliyev “Onlar”a açıqlamasında övladından tez-tez ayrı qaldıqlarını bildirib:

“Bizim övladımız başa düşür ki, anası və atası çalışır, işə gedir. Bəzən elə olur ki, qızımı dörd gün görə bilmirəm, rayonlarda çəkilişlərdə oluram. Bir-birimizlə telefonla danışır, səsyazıları göndəririk. Kiçik olmasına baxmayaraq, anlayışla qarşılayır. Qızımın həkimliyə həvəsi var. Amma hansı sahəni seçsə, biz də dəstək olacağıq”.

G.Baxşəliyeva isə “Zaurun verilişi yayımlananda qızım zəng vurub soruşur ki, “Ana işdəsən?”. Deyirəm, “hə”. Cavab verir ki, “Axı səni görmürəm, atanı görürəm” deyə, əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...