Daha bir məşhur serialın türk variantı çəkilir

Daha bir məşhur serialın türk variantı çəkilir


"Reaksiyon" ilə serial sahəsinə girən, ancaq reytinqlərdə özünə yer tapa bilməyən "Reaksiyon Film" yeni serial çəkir

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, şirkət AMC telekanalında 5 mövsüm yayımlanan və bütün mümkün mükafatları qazanan "Breaking Bad" serialının türk variantını çəkməyə başlayıb.

Ssenari müəllidi Emre Özdür və Başar Başaran olan serialın baş rolunda Erdal Beşikçioğlu yer alacaq. Aktyorun layihə üçün imicini dəyişdirdiyi və arıqladığı deyilir. Serialın yayım tarixi və telekanalı hələ bəlli deyil. Qeyd edək ki, bundan əvvəl Türkiyədə "Galip Devriş" ("Monk"), "Umutsuz ev kadınları" ("Desperate housewife") kimi serialların ssenarisi ABŞ telekanallarından alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1091 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...