Azərbaycanlı qadınların makiyaja xərclədikləri milyonlar - Statistika komitəsi rəqəm açıqladı

Azərbaycanlı qadınların makiyaja xərclədikləri milyonlar -


Bu barədə Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov bildirib. Onun sözlərinə görə, ötən il pərakəndə ticarət şəbəkələrində əhaliyə müvafiq olaraq 333,3 milyon manatlıq kosmetik məmulatlar satılıb. Qeyd edək ki, qadınlar istehlak sektorunun əsas alıcı qüvvəsi hesab olunur. Aparılan araşdırmalar göstərir ki, zərif cinsin nümayəndələri əldə etdikləri gəlirin böyük hissəsini kosmetik məhsullar almağa xərcləyirlər. Ekspertlərin fikrincə, ən çox satılan kosmetik məhsul kirpik üçün tuşdur. Daha sonra göz qələmi və dodağ boyası ən çox alınan kosmetik vatisələr siyahısındadır.

Araşdırmalar göstərir ki, 24-35 yaş arası xanımlar alış-veriş etməyə meyilli olurlar. 45 yaşdan yuxarı 31% qadın isə makiyaj etməyi sevmir. Bundan başqa estetik əməliyyatlar qadınların ən çox pul xərclədiyi sahədir. Estetik əməliyyatlara həvəs göstərən qadınların yaş qrupu 19-40 yaş arası dəyişir. Bu yaşda qadınlar əsasən dodaq, burun və sinə böyütmə əməliyyatları etdirirlər. Bir qədər yaşlı xanımlar isə üzdartdırma əməliyyatına pul xərcləməkdən çəkinmirlər.

İqtisadçıların hesablamalarına görə, ABŞ-da il ərzində qadınlar 27,6, kişilər isə 11,1 milyard dollar vəsaiti kosmetik məhsulların alınması üçün xərcləyirlər. Bu rəqəm uyğun olaraq, Fransada 10,2 və 4.2, Yaponiyada 19,8 və 5,9, Almaniyada isə 9,3 və 3.9 milyard dollardır. Dünyada qadınlar yalnız üz kremlərinə il ərzində 25 milyard dollardan çox vəsait xərcləyirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...