Əkiz qardaşlar əməliyyatdan sonra BACI OLDULAR

Əkiz qardaşlar əməliyyatdan sonra
İki braziliyalı əkiz qardaş eyni anda cinsiyyət dəyişdirmə əməliyyatı etdirib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu, dünyada ilk belə presedentdir.

19 yaşlı Mayla Fibi de Rezende və Sofiya Alburek doğulduqdan bəri özlərini oğlan kimi tanımadıqlarını iddia edirlər.
“Bədənimi həmişə sevirdim, ancaq cinsiyyət orqanımı sevmirdim”, - Argentinada həkim ixtisası üzrə təhsil alan Mayla etiraf edib.

Cinsiyyət dəyişdirən Mayla Fibi de Rezende və Sofiya Alburek
Əkiz qardaşlar əməliyyatdan sonra

Uşaqlıqdan bəri, əkizlər başqalarının lağ etməsinə və anlaşılmazlığına baxmayaraq qız olmaq arzusunda idilər. Anaları uşaqlarını hər zaman qızı kimi qəbul etdiyini vurğulayıb.

14 fevral gecəsi, Braziliyanın Blumenau şəhərindəki xüsusi bir klinikada beş saatlıq bir əməliyyat keçirilib.

"Bu, kişi olan əkizlərin birgə cinsiyyət dəyişdirmə əməliyyatı edildiyi dünyada qeydə alınan yeganə haldır", - onların həkimi Xose Karlos vurğulayıb.

Mayla özünü güzgüdə görəndə xoşbəxtlikdən ağladığını deyib.

Sofiya, yaxınlarının həmişə onları dəstəklədiklərini, ancaq başqalarının onlara zərər verə biləcəyindən narahat olduqlarını vurğulayıb.

Milli Transvestitlər və Transseksuallar Birliyinin məlumatına görə, 2020-ci ildə Braziliyada 175 transgender öldürülüb. Bu, dünyanın istənilən digər ölkəsindən çoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1943 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...