“Hamı elə bilir ki, oliqarxa ərə getmişəm“ - “Pişik“ Günel

“Hamı elə bilir ki, oliqarxa ərə getmişəm“ -


"Çoxları elə bilir ki, oliqarxla ailə qurmuşam. Yox. Elə düşünürlər ki, müğənninin gözü ancaq puldadır. Mən sevgini seçdim. Hər şeyi həyat yoldaşımın üstünə yıxa bilmərəm. Əsas odur övladı üçün hər şey edir".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Pişik" Günel ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova deyib. "Hüseynova bacıları" proqramında qonaq olan sənətçi maddi sıxıntılarından danışıb. İfaçı həyat yoldaşını mediadan gizlətməsi ilə bağlı sualı cavablandırıb:

"Nə məcburdur onu göstərim? 9 ildir bir yerdəyik. Əsas odur ki, övladının yanındadır. İmkanlı adam deyil. Mən də aciz deyiləm, qazanıram. Çox imkanlı olsaydı, evimdə oturub, evimin xanımı olardım. Uşağımın atası varlı olsaydı, nə toya, nə şou-proqrama gedərdim. Hərdən verilişə çıxardım, bəsdir.

İnsanlar toydan danışanda əsəbiləşir. Onlarda qıcıq yaradan da elə müğənnilərdir. Ona görə də müğənniyə nəsə olanda, deyirlər, əcəb olur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...