Xalq artistinin səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Xalq artistinin səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. Bunu “Report”a açıqlamasında onun həyat yoldaşı Güllü Hüseynova deyib.

O qeyd edib ki, Xalq artistinin səhhəti normaldır: “Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”.

G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Xatırladaq ki, səhhətində problemlər yaranan Xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə R.Hüseynovun müalicəsi nəzarətə götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...