Həkimlər koronavirus xəstəsinin son arzusunu yerinə yetirdilər

Həkimlər koronavirus xəstəsinin son arzusunu yerinə yetirdilər
Həkimlər axır günlərini yaşayan koronavirus xəstəsinin son arzusunu yerinə yetiriblər.

"DailyStar" qəzetinin məlumatına görə, İngiltərənin Şimal-Qərbindəki xəstəxanaların birində maraqlı hadisə baş verib.

Burada müalicə alan və ölüm ayağında olan yaşlı xəstələrdən biri həkimlərdən onun son arzusunu yerinə yetirmələrini xahiş edib.

Qocanın arzusu isə tibbi personalı təəccübləndirib. Belə ki, o, həyatının son saatlarında sadəcə İrland pivəsi içmək istədiyini bildirib. Xəstəxana əməkdaşları yaşlı xəstənin bu arzusunu yerinə yetiriblər.

Həkimlərin sözlərinə görə, ölümcül xəstələr son anlarda daha çox onların əllərindən tutmağı və musiqi səsləndirməyi xahiş edirlər. /Oxu.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...