Vüsalә Әlizadә ikinci evlilikdәn danışdı

Vüsalә Әlizadә ikinci evlilikdәn danışdı


Teleaparıcı Vüsalә Әlizadә ikinci evlilikdәn danışıb.

İlk evliliyi uğursuz olan teleaparıcı bu mövzuya hәssas yanaşdığını "10lar" verlişinә danışıb: "Mәnә görә, 2­ci baharını yaşaması üçün kişilәr sәrhәdsizdir. Amma qadınlara bunu şamil etmәk olmaz. Şәxsәn mәn, ikinci baharı düşünmürәm, çünki özümü buna hazır görmürәm. Ümumiyyәtlә yaxın gәlәcәk üçün belә bir istәyim yoxdur. Qızım Dilәk mәnә yetir. Özümü qızıma hәsr etmişәm. Kişilәr dediyim kimi sәrhәdsizdir. Ümumiyyәtlә, nadir kişi tapmaq olar ki, yeni hәyatı özünә sığışdırmır".

Bununla yanaşı Vüsalә heç vaxt ailә hәyatı qurmayacağını da demәk istәmәdi: "Heç vaxt olmayacaq" kimi ifadә işlәdә bilmәrәm. Uzaq gәlәcәkdә nәlәrin baş verәcәyini hәyat göstәrәcәk".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...