Tarkan 1 milyonu rədd etdi - Səbəb

Tarkan 1 milyonu rədd etdi -


Türkiyənin tanınmış müğənnisi Tarkan 1 milyon lirə qonorarı rədd edib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, meqastar Yeni il gecəsi çıxış etməsi üçün onlayn konsert təklifi alıb.

Buna baxmayaraq sənətçi 1 milyon lirə təklif edilən konsertdən imtina edib. O, səbəb olaraq ailəsi ilə birgə vaxt keçirmək istədiyini göstərib.

Almaniyada ailəsi ilə birgə olan Tarkan illər sonra ilk dəfə yeni il gecəsində onlarla bərabər olacağını deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
825 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...