"Forma ilə çəkilən şəkillər sizi qıcıqlandırır"

  "Forma ilə çəkilən şəkillər sizi qıcıqlandırır"
Son zamanlar izləyicilərin tənqidlərinə tuş gələn aktrisa Pərvin Abıyeva onlara cavab verib.

BiG.AZ xəbər verir ki, Pərvin "İnstagram" hesabında hərbi forma ilə fotolarını paylaşaraq:

"Neçə vaxtdır görürəm ki, forma ilə çəkilən şəkillər sizləri qıcıqlandırır. Anlayıram. Amma indi elə bir dövrdəyik ki, xalq olaraq, başqa cür şəkillər paylaşmaq inanın ki, mənim də içimdən gəlmir. Dostlar, ona görə də rəy yazarkən diqqətli olun. Bizim bir düşmənimiz var o da ermənidir. Bu şəkillər isə Tərtər rayonuna əsgərlərimizə sovqat apararkən orda vətənə qulluq edən əsgərimiz həm də manqa komandiri hesablayıcı vəzifəsində olan, eyni zamanda orada baş verən hər şeyi lentə alan Mahmud dostumuz çəkib" sözlərini yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
827 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...