"Bəli, soyunmaqdan həzz alıram" FOTOLAR

"Bəli, soyunmaqdan həzz alıram"

"Sarmaş-Dolaş" layihəmin budəfəki qonaqları ifaçı Afaq Aslan və onun məşqçisi Kənandı. Sarmaşıb-dolaşan cütlük fotoqrafımız Ratmirin obyektivinə elə pozlar verdilər ki... Çox səmimi və pozitiv auralı insanlarla olan çəkilişimizi sizə də təqdim edirik. Maraqlıdırsa oxuyun:

- Afaq, fotosessiyada çəkilən Kənan barədə məlumat verərdin.

- Fotosessiyaya bir gün qalmış qərar verdim ki, formada qalmaq üçün daim idman barədə müəyyən məsləhətlər aldığım Kənanla birgə çəkilim. Peşəkar məşqçidi, çox xanımlara kömək edən professional idmançıdır, çox sağ olsun.

- Açıq-saçıq fotosessiyalar ilə daim gündəmdəsən. Belə rahatdı sənə, ya gündəm üçün belə edirsən?

- Mən uşaqlıqdan müğənni olmaq istəmişəm. Həmişə dünya ulduzlarına baxıb, nümunə götürmüşəm. Uşaq idim, baxırdım Cey Loya deyirdim ki, mən də belə olacam. Heç vaxt geyimlə bağlı kompleksim olmur. Amma bizdə şou-biznes sırf toydan ibarətdi. Azərbaycanda müğənnilər çox əlçatandı. Şou proqramda ifa edir, 10 dəqiqə sonra görürsən ki, həmin müğənni toydadır.

- Bəs Afaqı çox adam var ki, arzulayır, amma əli çatmır?

- Əlbəttə. Mən Afaq, hər kəs üçün əlçatmazam.

- Məncə, sən gündəmin nəbzini tutmusan.

- Hə, bir də görürsən ki, ruhdan düşürəm, öz-özümə düşünürəm ki, ay Afaq, sən niyə belə bir auraya düşdün. Ancaq bir müddət keçir və mən təzədən qayıdıram, həvəslənirəm. Tez bir zamanda gündəmi ələ ala bilirəm. İstər fotosessiyam, istər klipim... İstədiyim an sükutu poza bilirəm.

- Səncə, soyunub, fotosessiya etmək yeni layihədirmi?

- Yox. Fotosessiyanı tək təqdim edirsənsə, bu nə layihədir, nə də ki, yenilik. Ancaq klipinlə, yeni mahnınla birgə fotosessiyanı təqdim edirsənsə, deməli bu layihədi. Açıq bir söz deyim, mən nə birinci, nə də ki, sonuncu soyunan deyiləm. O qədər biz də soyunan müğənnilər var ki... niyə onlardan yox, məndən danışırlar, bilmirəm.

- Onlardan da vaxtilə danışılıb, indi artıq gözlər öyrəşib. Hətta elələrini paltarla görəndə şəxsən mən təəccüblənirəm ki, nə yaxşı geyimdədir, nə əcəb...

- Yox, məgər indi soyunanlar yoxdu ki? Bilirsən soyunmağın da tərzi var axı.

- Hətta tərzi var?

- Bəli, var cazibəli soyunursan, bir də var ki, vulqar, elə-belə həvəssiz soyunursan. Mənim fotosessiyalarıma baxan kişi zövq alıb, deyir ki, ay nə gözəl xanımdı, kaş belə sevgilim olardı.

- Belə çıxdı ki, Afaq soyunmaqdan həzz alır.

- Bəli, soyunmaqdan həzz alıram. Mən hər işimi görəndə zövqlə görürəm.

- Bir dəfə demişdin ki, məni gözü götürməyən çoxdu...

- (gülürek-red) Mən bu şou-biznesə gələndən olmuşam bir yekə daş, düşmüşəm bu qadın müğənnilərin bəzilərinin başına. Hər kəs öz sevgilisinə qısqanır məni...

- Deməli hər kəs səni sevgilisinə qısqanır. Səncə səbəb nədir?

- O qədər bu barədə düşünürəm ki...

- Bir cavab tapa bilirsənmi barı?

- Yox, sadəcə, deyirəm, ay Allah, görəsən məni niyə bu qədər gözəl yaratmısan (gülür-red). İndi yazacaqlar ki, haran gözəldi, dodaqların silikondu.

- Bezmədin bu boyda dodaqlardan?

- Yox. Bir şey ki, gözəlliyimə gözəllik qatır, niyə bezim. Əslində öz dodaqlarım bundan da qəşəng idi.

- Silikonlardan azad olmaq istəmirsən?

- Yox, əks cinsin nümayəndələri deyir ki, bu səni daha da cəlbedici göstərir.

- Hətta nümayəndələri?

- Bəli.

- Gəl bir az da sənin sevgilindən danışaq... Eşitdim sənə xəyanət edib, özü də elə sənin həmkarlarından olan bir xanımla.

- Bir yox, bir neçə xanımla. Pullu kişi belədir də. Pul kişini dingildədir. Mən də kişi olsam, hər gün dolma yemərəm, arada bozbaş da yeyərəm.

- Aha, sən dolmasan, onlar isə bozbaş.

- (gülür-red) Nəysə...

- Neçə ildir sevgilisiz?

- Artıq 3 ildir. Mən surətpərəst insanam. Çox gözəldi.

- Aha, şəklini göstər baxım.

- (gülür-red) Van Dammı təsəvvür elə... bax onun Azərbaycan versiyası. Deyirlər yaşlı adamdı, amma əslində çox cavan adamdı.

- Çox danışdıq, Afaq. Səni yormayaq uğurlar, çox sağ ol.

- Siz çox sağ olun, heç yorulmadım əslində. Əfruzə, bu layihən çox maraqlıdır və düşünürəm ki, çox da uğurludur. Belə də davam elə.

"Bəli, soyunmaqdan həzz alıram"
"Bəli, soyunmaqdan həzz alıram"
"Bəli, soyunmaqdan həzz alıram"


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2147 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...