"Röyanı qısqanıram" - Zamiq

"Röyanı qısqanıram" -


Bu sözləri Axar.az-a müğənni Zamiq Hüseynov həmkarı və ən yaxın dostu Röya Ayxan barədə danışan zaman deyib. Zamiq dostluqda sadiq və diqqətçil olduğunu qeyd edib: “Çox az xanım dostlarımız var. Onlara qarşı da çox diqqətcilik. Xanım dostlarımıza qarşı çox qısqanc yanaşırıq. Çox açıq-saçıq geyindikdə deyirik ki, artıq çox ağ elədin. Hər yerə getməyə icazə vermirik. Ən yaxın dostum Röyadır. Bəli, Röyanı qısqanıram. Röya hər şeyin adisini edən xanım deyil. O, hər zaman fərqliliyi ilə seçilir”.

Zamiq şou-biznesdə əsl dostların azlığından gileylənib: “Şou biznesdə dostluq çox azdır. Əsas da məşhur bəylərlə bəylər, xanımlarla xanımlar dost ola bilmirlər. Biz də hamı ilə dost deyilik. Bilirəm ki, hər kəsdə də belədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...