Brilliant Dadaşova evini ucuz qiymətə satdı
Xalq artisti Brilliant Dadaşovanın artıq bir neçə aydır ki, bağ evini satışa çıxardığı deyilir.
Modern.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan sənətçi bir müddət əvvəl bağını satışa çıxardığını, artıq alıcı tapdığını da deyib:
“Bəli, doğrudur, Buzovnadakı bağımızı artıq satdıq. Qaldıq bağsız. Amma çox şükür ki, evimiz var. Buzovnadakı bağımız dənizə yaxın idi. Yeni sahiblərinin sağlığına qismət olsun, İnşallah”.
Xalq artisti sözügedən bağı mətbuatda yazılanların əksinə 370 min manata satmadığını, bunun yanlış olduğunu bildirib:
“Qeyd edilən məbləğ yanlışdır. Daha ucuz qiymətə satdıq. Çünki kim baxmağa gəlirdisə, həyətdə niyə hovuzun oldmadığını soruşur, cakuzi və başqa dəbdəbə istəyirdi. Biz 20 ildən çoxdur ki, yayda həmin bağda qalmışıq, amma hovuz, cakuzi və başqa şeyləri artıq xərc hesab etmişik. Əlbəttə, gəlirimiz yol versəydi edərdik. Bilirsiniz ki, mənim sənətim hər zaman böyük məbləğdə vəsait tələb edir. Həmişə deyirdim ki, hovuzun puluna iki-üç klip çəkdirmək olar, studiyada bir neçə mahnı lentə aldırmaq olar və s.”.
1669 dəfə oxundu