Gülay Kamildən boşandığını inkar etmədi: “Alnımıza yazılan qismətdir”

Gülay Kamildən boşandığını inkar etmədi:
Müğənni Gülay Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallı ilə boşanması haqqında yayılan xəbərlərdən danışıb.

Musavat.com xəbər verir ki, "10-da görüşək" proqramında qonaq olan sənətçi ilk dəfə olaraq boşanma xəbərlərini inkar etməyib:

"Özümü şou-biznesdə yox, incəsənətdə görürəm. Birini hər kəs sevə bilməz. Hamı reytinq istəyir. Bu, jurnalistlərin işidir. Hər şeyin həddi var. Düşünürəm ki, haqqımda yazılmalıdır, çünki tanınmış biriyəm. Ancaq nəyisə yazanda, düşünülməlidirlər ki, bu şəxs tək deyil, ailəsi var. Yaşadıqlarımız istəyib-istəmədiklərimizdən deyil, alnımıza yazılan qismətdir.

Gedirəm ayağım büdrəyir. Deyirəm ki, şükür, yaşamalıyam. Yazılanda pis oluram, günlərlə İnstaqrama girmirəm. Özümə görə yox, mən artıq bərkimişəm. Amma elə şeylər yazılır ki, ailəm pis olur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1301 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...