“Bütün yas mərasimlərinə tacla gedəcəm“ - Elza Seyidcahan
"Space" telekanalında yayımlanan "Gəl, dərdini danış" proqramında Əməkdar artist Elza Seyidcahanın Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə tac taxıb getməsi müzakirəyə qoyulub.
Yenisabah.az xəbər verir ki, müğənni çəkilişdən birbaşa ora getdiyini söyləyib. Proqramda yer alanlar Seyidcahanı tənqid etməyə başlayıblar.
Müğənni özünə "Tacımın daşları qara idi. Dəfndə olmağı özümə borc bildim. Çəkilişdə idim, gecikirdim. Ordan da çəkilişə yollanacaqdım. Fikirləşdim ki, tacımın qaşları qaradı, ayıb deyil. İngiltərə krallığında bütün mərasimlərdə hamı başına şlyapa, tac qoyur. Həci xanımlar yasa gedəndə qaşlı, zərli hicab bağlayır. Gedib tacla Rafael Dadaşovun cənazəsinin başında oturdum. Özümə dedim ki, onun nəsli tarixə düşüb. Onlar taca layiq nəsildir. Bu mənim kübarlığım idi" sözləri ilə haqq qazandırmağa çalışıb.
Axşam.az-ın yazdığına görə, E.Seyidcahan fikirlərinə etiraz edənlərə sərt cavab verib:
"Bu gün bunu qəbul etmirsiz, amma illər keçəndə görəcəksiniz. Bundan sonra bütün yas mərasimlərinə tacla gedəcəm. Dahilər hər zaman qınanılır. Siz mənim tacla yasa getməyimi tərifləməlisiniz, alqışlamalısınız".
1204 dəfə oxundu