Xalq artisti Nəzakət Teymurova koronavirusdan sağalıb

Xalq artisti Nəzakət Teymurova koronavirusdan sağalıb
Bir müddət əvvəl koronavirusa yoluxan Xalq artirti Nəzakət Teymurova sağalıb. O, müalicəsinə göstərdiyi köməyə görə Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

APA-nın məlumatına görə, bu barədə o, özünün "Facebook" səhifəsində məlumat verib: “Hörmətli Mehriban xanım! Bir sənət insanı olaraq Sizin qayğınızı hər zaman hiss etmişik . Bu çətin günlərimdə , amansız xəstəliyə qalib gəlməyimin də səbəbkarı siz və fədakar həkimlərimizdi. Xəstəxanada yatarkən Sizin insansevərliyinizin bir daha şahidi oldum. Öz və ailəmizin adından Sizə və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun bütün əməkdaşlarına təşəkkür edirəm ! Allah Sizi qorusun!“.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
859 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...