"1 kiloqram çörəyi bozbaşa doğrayıb, əlimlə yeyirəm" - Flora Kərimova

"1 kiloqram çörəyi bozbaşa doğrayıb, əlimlə yeyirəm" -


Xalq artisti Flora Kərimova özü ilə bağlı maraqlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, müğənni “İncə+” verilişində pəhriz saxlamadığını deyib:

“Mən acgözəm. Yalandan deməyim ki, pəhriz saxlayıram. Özümü çərçivəyə salmıram. Allah nə yetirsə yeyirəm. Bir də gördünüz iştahım açıldı, 1 kiloqram çörəyi bozbaşa doğrayıb, əlimlə yeyirəm. Saata fikir vermirəm. Hansı saatda, harada istədim edirəm. Belə şeylərə inanmıram. Formada qalmaq genlərdən asılıdır. Dərini qorumaq lazımdır. Bunun üçün isə maddi imkan vacibdir. İdman isə heç etmirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...