“Vəzifəli şəxslərlə min hoqqadan çıxırsınız” - Müğənnidən sərt ittihamlar
Gənc müğənni Sevinc Musayeva həmkarlarının ünvanına ağır ifadələr işlədib.
O, sənət adamlarını əxlaqsızlıqda ittiham edib. AzNews.az xəbər verir ki, bu barədə müğənni özünün “Facebook” hesabında yazıb. S.Musayevanın sözlərinə görə, sənətçilər 1000 AZN-lik verilişə çıxmaq üçün oteldə pullu oğlanlarla, yad insanlarla, evli, yaşlı kişilərlə vaxt keçirirlər.
Bildirib ki, müğənnilər məşhur olmaq üçün oxumaqdan başqa hər şey edirlər: “Sənət adamları məşhur olmaq üçün üzdəniraq prodüserlərə yaltaqlanıb, onların yanında fırlanırlar. Qondarma iş adamları ilə, restoran müdirləri ilə, ofisi olan vəzifəli şəxslərlə min hoqqadan çıxırsınız. Nəyə görə? Bircə məşhur olmağa görə. Allah sizə gözəllik verib ki, o gözəlliyinizi naməhrəm, haram əllərdə istifadə edəsiniz? Doğrudan da bədbəxt və aciz adamlarsınız. Özünüzə hörmət edin. Məşhur olmaq, gündəmə gəlmək, bahalı maşın idarə etmək toy qiymətlərini qaldırmaq üçün bu qədər günah işləməyə dəyməz. Nə qədər gözünüz çirkinlik görəcək, bir o qədər də yaşınızdan böyük görünəcəksiniz. Özünüzə yazığınız gəlsin”.
1419 dəfə oxundu