"Sevgilimə ərə getmək fikrim yoxdur"

"Sevgilimə ərə getmək fikrim yoxdur"

Model Özgə Ulusoy sevgilisi Hacı Sabancı ilə münasibətlərindən danışıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, model qalmaqallı açıqlamaları ilə yadda qalıb. O, iş adamı ilə evlənmək istəmədiyini deyib:
“Mən ailə qurmaq istəyən biri deyiləm. Hacıya ərə gedə bilmərəm. Yeganə arzum karyeramda irəliləməkdir”. Özgə H.Sabancıdan evlilik təklifi almadığını etiraf edib: “Hamı elə bilir ki, mən Hacıya təzyiq edirəm ki, ailə quraq. Ancaq ortada belə bir şey yoxdur. Ən böyük xoşbəxtliyim karyeramda yüksəlmək ola bilər. Uşaqlarım olsa, bütün xəyallarım yarımçıq qalar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1407 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...