Azərbaycanlı bəstəkar beynindən əməliyyat olundu

Azərbaycanlı bəstəkar beynindən əməliyyat olundu


“Tahir Əkbərin beyin əməliyyatı uğurla nəticələnib”.

Bunu AzNews.az-a açıqlamasında bəstəkarın həyat yoldaşı bildirib. Qeyd edib ki, T.Əkbər hazırda Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsindədir: “Əməliyyat iki saatdan çox çəkdi. Həkimlərin ilkin rəyi bu oldu ki, əməliyyat uğurla nəticələnib. Yəni, Tahir müəllim bundan sonra yaradıcılıq işləri ilə məşğul ola biləcək”.

Bəstəkarın həyat yoldaşı deyib ki, T.Əkbər sabah reanimasiyadan palataya köçürüləcək.

Xatırladaq ki, bəstəkarın beyninə qan yığılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...