Oturuşu Damlanın başına bəla oldu - "Ətəyini bir az da qaldır"
Müğənni Damla sosial şəbəkədə paylaşdığı fotoya görə tənqid edilib.
İzləyicilər sənətçinin oturuş qaydasını ələ salıblar. İstifadəçilərin hər zaman uzun ətəkdə görməyə alışdığı Damlanın qısa geyimi onları təəccübləndirib.
Sənətçinin ünvanına "Səni çox sevirəm, amma oturuşun xoş deyil, sənə yaraşmadı. Yaraşmadı bu oturuş... Ətəyini bir az da qaldır" kimi şərhlər yazılıb.
Damla isə tənqidlərə belə cavab verib:
"Mən səssizliyi sevirəm. Kiminsə qəlbinə dəymədən, incitmədən, atmaca atmadan, qüruruna toxunmadan yaşamaqdan həzz alıram. Hər qəlbin bir ahı var. O ahı almaqdan qorxuram. Özünüzə, duyğularınıza, ruhunuza zaman ayırın. O bunu etdi, bura getdi, bunu dedi, deməklə dəyərli vaxtınızı kiminsə həyatını müzakirə edərək xərcləməyin. Ən gözəl günləri dua edin. Beyninizi başqalarının həyatını düşünməklə yükləməyin. Həyat o qədər qısadır ki, vallah dəymir. Kiməsə neqativ şərh yazıb, başqalarının yanında onu alçaltmaqdansa, özünə zaman ayır. Təmiz havada gəz, idmana başla.
Vallah kiməsə bəslədiyin kinə, nifrətə görə hədiyyə almayacaqsan. Əksinə, Allahın sənə hədiyyə etdiyi sağlam canı yarı can edəcəksən. Heç nəyə gec deyil. Hər açılan sabah bir başlangıcdır".
///Axşam.az
921 dəfə oxundu