İzzət Bağırzadə: “Onu tapıb, həbs etdirəcəm“
Müğənni İzzət Bağırzadəni özündən çıxarıblar
İfaçı sosial şəbəkədə onun adından yaradılan saxta profildən bəhs edib: “Son günlər başım konsertin hazırlıqlarına qarışıb. Ona görə də sosial şəbəkədə yazanlara vaxtlı-vaxtında cavab verə bilmirəm. Məndən inciməsinlər. Bir nəfər mənim adımdan profil açıb. Onu hardan olsa tapıb, həbs etdirəcəm. Hamı bilsin ki, o mənim səhifəm deyil. Belə haqsızlıq olmaz. Mənim səhifəmdə belə o saxta profilin sahibinin tərəfini saxlayanlar var. Mənə dəstək olmaqdan, konsertöncəsi məni əsəbiləşdirirlər.
Hazırda əleyhimə çox böyük təxribat kampaniyası işləyir. İnsanlar məni sarsıdır. Amma həmişə Allahın ətəyindən yapışmışam. Allah özü hər kəsin bəlasını verəcək. Haqqıma girirlər, ağızlarına gələni yazırlar. Axı nədi bizi bu günə qoyan? Neçə illər əvvəl belə deyildik. Niyə vəhşiləşmişik? Bəs qorxmursunuz ki, bu insana bu qədər haqsızlıq edirik, o da axirətdə Allaha şikayət edəcək? Tanrının intiqamından çəkinmirsiniz? Allah məni pis insanların şərindən, ləkələrindən, nəfslərindən qoruyacaq. Çünki mən onu çox sevirəm. Heyfslənirəm insanların halına. Mən erməni yox, azərbaycanlıyam”.
Qeyd edək ki, İ.Bağırzadə sentyabrın 18-də "Yaşıl Teatr"da konsert verəcək. (axsam.az)
1289 dəfə oxundu