Zaur Baxşəliyevin yalanı üzə çıxdı

Zaur Baxşəliyevin yalanı üzə çıxdı


ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev sosial şəbəkədə həmkarı İlqar Mikayıloğlunun səhhətində problem olduğunu və hazırda Mərkəzi Neftçilər Xəstəxanasında yatdığını yazıb.

"İlqar, tez sağal. Heç nədən xəbəriniz yoxdur. Sadəcə paylaşmağı özümə borc bildim. Allah köməyin olsun".

Məsələ ilə bağlı Publika.az İlqar Mikayıloğluna zəng etsə də, o, telefonlara cavab verməyib.

Daha sonra İlqar Mikayıloğlunun həyat yoldaşı, teleaparıcı Zülfiyyə Bayramova ilə əlaqə saxladıq. O, xəbəri gülərək təkzib etdi: “Yox, bu, sadəcə, zarafatdır. Zaur İlqarla zarafat edib. İlqara heç nə olmayıb. Sağlamdır. Səhhətində də problem yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1385 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...