Bu mahnıya hər yerdə qulaq asırlar - "Kazbek"lə fırlananlar və ya narkomaniyanın açıq təbliği - VİDEO
Son günlər sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən, heç janrı da bəlli olmayan bir musiqi geniş yayılıb. Bəzi insanlar, xüsusilə də qadınlar bu mahnının sədaları altında rəqs eliyir və açıq aşkar narkomaniya təbliğ olunur. Çox təəssüflər olsun ki, belə videolar internetdə geniş yayılıb və azyaşlılar arasında da populyarlaşıb. Məsələylə bağlı millət vəkili Fazil Mustafa daxili işlər nazirinə və baş prokurora rəsmi müraciət edəcəyini bildirib. Millət vəkili bu insanların qanun qarşısında cavab verməli olduqlarınıdeyib.
Son günlər narkomaniyanı təbliğ edən bu mahnıya demək olar ki hər yerdə qulaq asılır. Xüsusilə də arxa fonda gənc qızların oynayaraq video çəkdiyi bu mahnı sosial şəbəkələrdə sürətlə yayılır.Hətta məktəblilər və azyaşlılar da sözlərindənarkomaniya təbliğ edilən belə kliplərə çəkilir..
Sosial şəbəkələrdə yüzmünlərlə izlənmə sayı toplayan , o cümlədən ictimai yerlərdə səsləndirilərək narkomaniyanı təbliğ edən belə musiqilərin geniş yayılması cəmiyyət tərəfindən də birmənalı qarşılanmır. İlk baxışdan meyxana janrına yaxın olsa da, Yazıçılar birliyinin regional bölməsinin sədri, Bədiyyəçi şair Namiq Məna bunun meyxana ilə heçbir aidiyyatı olmadığını deyir. Millət vəkili fazil Mustafa isə bu mahnını ifa edən və onu yayanlar barəsində Daxili işlər Nazirliyinə və Baş prokurorluğa müraciət edəcəyini bildirib.
Fazil Mustafa bildirir ki, açıq aşkar narkomaniyanı təbliğ edən bu mahnı kimlərinsə sifarişi ilə də ərsəyə gələ bilər. Ona görə də, səbəbkarlar mütləq hüquqi müstəvidə cavab verməldirlər. Onu da qeyd edək ki, mahnının Vüqar Səda adlı ifaçı tərəfindən oxunduğu bildirilir.
1047 dəfə oxundu