Zaur "Bizimləsən"i bağlayır - "Nə qədər günah qazandığımı anladım"

Zaur "Bizimləsən"i bağlayır -

Aparıcı Zaur Baxşəliyev bu mövsümdən sonra "Bizimləsən" proqramının yayımlanmayacağını bildirib. Gundeminfo.az axşam.az-a istinadən bildirir ki, verilişinə qatılan imkansız ailənin uşaqlarının "Evimiz olanda şirniyyat yeyərik" sözlər aparıcını pis edib.

Zaur proqramda baş verən hadisələrin ona pis təsir etdiyini deyib: "Dünən evdən bir torba şirniyyat atmışam. Bəzən o qədər nankor oluruq ki, nəyisə atırıq, yemirik. Görün insanlar nəyin həsrətindədirlər. Həyata baxın.

Mayın sonu gəlsin, proqramı bitirəcəm. Çox əziyyət çəkirəm, məhv oluram. Bunların hamısını içimdən keçirirəm. Mənə pis təsir edir. Sadəcə, öhdəlik götürmüşəm, çiynimdən ata bilmirəm. 3 ayımız qalıb, bitsin, bağlayacam.

"Zaurla Günaydın" verilişinə o qədər tort gətirirlər ki... Deyirəm, nə qədər olar. İndi Allah qarşısında nə qədər günah qazandığımı anladım, geri götürürəm bütün sözlərimi".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1012 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...