Müğənni modeli məhkəməyə verdi - “Kompüteri əlindən alınsın”

Müğənni modeli məhkəməyə verdi -

Müğənni-aparıcı Seren Serengil və anası Nevin Teoman model Deniz Akkayadan şikayətçi olub. “Qafqazinfo” xəbər verir ki, Seren-Nevin cütlüyü sosial mediada “Sən dəbdən uzaq birisən, ananla pul xərcləməklə məşğulsan” yazan Denizlə bağlı İstanbul Baş Prokurorluğuna müraciət edib.

Ana və qızının vəkili Esennur Ezgi bildirib ki, şikayət ərizəsində D. Akkayanın kompyuterinin əlindən alınması da tələb olunur: “Şübhəli bu fikirləri kompüteri vasitəsilə həyata keçirib. Sübutları silmə ehtimalı vardır. Bu səbəblə kompüterinin əlindən alınmasını istəyirik. Bundan başqa, o, təhqir edib, böhtan atıb və şəxsiyyəti alçaldıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...