Azərbaycanlı aparıcıya restoranda çəngəllə hücum etdilər
Azərbaycanda televiziya aparıcısına çəngəllə xəsarət yetirilib.
"Ölkə.Az"-ın xəbərinə görə, “Dünya” TV-nin (DTV) aparıcısı Humay Muxtarova polisə şikayət edərək, dekabr ayının 22-də Nəsimi rayonu ərazisində yerləşən restoranlardan birində Vaqif adlı tanışı ilə birlikdə olan zaman həmin şəxsin ona hücum etdiyini və çəngəllə xəsarət yetirdiyini bildirib.
“Mətbuat yazıb ki, həmin şəxs mənim tanışımdır. Belə bir şey yoxdur. Hadisənin təfərrüatını sizə danışım. Həftəsonu rəfiqələrimlə xəngəl yeməyə getmişdik. Rəfiqələrimin birinin sevgilisi ilə problemi var idi, ayrılmışdı. Həmin vaxt telefonla mübahisə edirdi, bir anda qapı açıldı, oğlan içəri girdi. Girən kimi mənim üstümə hücum çəkdi, söyüş söyməyə başladı. Digər rəfiqələrim onun qarşısını kəsməyə başladılar.
Dedim ki, sənin mənimlə nə işin? O da cavab verdi ki, yeməyə sən onu dəvət etmisən. Stoldan çəngəli götürərək mənə atdı. Daha sonra masada olan boş şüşəni götürüb hücum çəkmək istəyirdi, rəfiqələrim icazə vermədi. Şükür ki, üzümə, gözümə xəsarət yetirilməyib. Qadınam, kişi ilə dava edəsi deyildim. Nəsimi Rayon Polis Şöbəsinə müraciət etdim, həmin şəxs axtarışa verilib.
İnsanın sevgilisi ilə problemi varsa, bunun mənə nə aidiyyəti var? Sən kimsən ki, məni ictimaiyyət arasında təhqir edirsən? Hər yerə ərizə ilə müraciət etmişəm. Bir daha deyirəm, həmin şəxs mənim tanışım deyil. Oğlanın adı da Vaqifdir”, - deyə aparıcı qafqazinfo.az saytına açıqlamasında deyib.
1106 dəfə oxundu