Xalq artisti etiraf etdi: "Məni zəhərləmək istədilər"

Xalq artisti etiraf etdi:

alq artisti Zülfiyyə Xanbabayeva aparıcı Murad Arifin “Popumuz var” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, Xanbabayeva verilişdə maraqlı açıqlamalar verib. Aparıcının suallarını cavablandıran ifaçı müxtəlif mövzulara toxunub:

“Səmimiyyəti bizdə başqa cür başa düşürlər. Onu fərqli şeylərlə qarışdırırlar. Efirdə ağzıma gələni danışıb adın səmimiyyət qoyuramsa, bu elə səmimiyyətsizlikdir. İstəmədiyim adamla salamlaşanda, etika xatirinə hal-əhval tutanda adam səmimiyyətsiz olur. Çox rastlaşıram. Həmkarlarımdan da bəziləri məni səmimiyyətsiz adlandırır. Amma insan özündə nə azdırsa, ondan danışır.

Həyatda çox pozitivəm. Amma efirdə diqqətli olmaq lazımdır. Mən də hərdən istəyirəm özümdən çıxım. Efir çox təhlükədir. İllərlə yığdığın hörməti 1 dəqiqədə itirə bilərsən. Buna görə də getdikcə müdrikləşmək lazımdır.

Z.Xanbabayeva insanarın musiqi zövqünün dəyişdiyini vurğulayıb:
“Problem təbliğatdır, insanların zövqünün dəyişməsidir. Bizdə günah oldu ki, efirlərdə yerləri boş qoyduq. Düşündük ki, filankəs efirdədirsə, mən çıxmayım. Biz də gəlmədikcə, siz onları çıxartdınız efirə. İncidik ki, artıq onlar təbliğ olunur. Amma fərq qoyulmalıdır”.

Sənətçi həmçinin bir neçə il əvvəl ona qarşı edilən təxribatdan da bəhs edib:

“Dəfələrlə mənə qarşı təxribatlar olub. Özüdə bunu təşkil edən müğənnilər olub. Kim olduqlarını bilmişəm, lakin onlara bildirməmişəm. Mən konfliktə getmirəm. Çünki emosional adamam və özümü itirə bilərəm. Bir təxribat Tarkanın konsertində baş vermişdi. Konsert ərəfəsində bir şey verib zəhərləmək istəyirdilər. Bu bir restoranda baş vermişdi və mən buna hazırlıqsız idim. Gözləmirdim. İndi onlarla görüşəndə salamlaşıram. Allahın salamıdır”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
984 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...