“Mənə arxa çevirirsiz?” - Flora Kərimovadan Elçin Əfəndiyevə cavab

“Mənə arxa çevirirsiz?” -

Xalq artisti Flora Kərimova mərhum aktrisa Amaliya Pənahovanın vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyevlə aralarında yaşanan mübahisəyə münasibət bildirib.

Musavat.com xəbər verir ki, xalq artisti yazıçının hərəkətinin hörmətsizlik kimi qəbul etdiyini vurğulayıb: “Mən ancaq münasibətə adekvat cavab verən adamam... Demirəm ki, xalq artistiyəm mənə arxa çevirmək olmaz? Mən xalqın artistiyəm. Mənə arxa çevirmək adıma, daşıdığım rütbəyə və o adın arxasında duran, qiymət verən millətimə hörmətsizlikdir. İndiyə qədər heç vaxt ünvanıma olan hörmətsizliyi udmamışam və udmaram da... Bundan sonra mənə karyera lazım deyil. Hazırda 78 yaşındayam. Bu yaşa kimi mənliyimi qorumuşam. Amma, siz durub adımı müxalifətçi qoyub, mənə arxa çevirirsiniz. Mən heç vaxt müxalifətçi olmamışam. Mən müxalif olmuşam... Əsl müxalifətçi olmaq üçün siyasi savad lazımdır... İnsanam, mən də nədənsə narazı ola və fikrimi söyləyə bilərəm.

Elçin bəy, siz məni nə yerinə qoydunuz? Elə bildin ki, mən bunu udacağam? Udmayacağam! Buna görə 78 il başı uca gəzməmişəm. Mənim mənəviyyat və fiziki ünvanıma heç kim söz danışa bilməz. Deyirlər ki, "qocalıb, ağlını itirib”. Bəli, qocalmışam. Ancaq hamıya bu yaşı arzulayıram. Bu yaşda hər kəsə mənim şuxluğumu, mənliyini qorumağı arzulayıram”.

Qeyd edək ki, mərhum xalq artisti Amaliya Pənahovanın vida mərasiminə gec qatılan F.Kərimova yazıçı Elçin Əfəndiyevin yanında əyləşib. Bu zaman E.Əfəndiyev arxasını müğənniyə çevirib. Bu isə sənətkarın xoşuna gəlməyib və dramaturqa etirazını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1033 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...