Hamiləlikdən qorunmağın ənənəvi üsulu - Spiral nədir?

Hamiləlikdən qorunmağın ənənəvi üsulu -


Bir çox qadınlar məhz bu kontrasepsiya (hamiləlikdən qorunma) üsulunu seçir.

Uşaqlıq daxili vasitənin (tibbdə "spiral" belə adlandırılır) bəzi üstünlükləri və zəif tərəfləri var ki, onlar haqqında hər bir qadının xəbəri olmalıdır. Aile.lent.az sağlamolun.az-a istinadən spiral haqqında bilməli olduqlarınızı təqdim edir.

- İlk növbədə "spiral" yalnız sağlam qadına qoyula bilər. Cinsiyyət sistemi iltihabları, infeksiyaları, uşaqlıq boynu eroziyası, uşaqlıq və uşaqlıq boynu xərçəngi, uşaqlıq boynu travmalar və patologiyaları və s. "spiral"ın qoyulması üçün əks-göstərişdir. Bu səbəbdən "spiral" qoyduqdan əvvəl qadın mütləq ginekoloqun müayinəsindən keçməlidir, lazım olduqda bəzi analizlər (infeksiyalar, sitoloji analiz) verməlidir.

- Uşaqlıq daxili "spiral" 100% hallarda hamiləlikdən qorumur. Statistikaya əsasən, "spiral"ı olan təxminən 1% qadınlarda hamiləlik baş tuta bilər. Bir çox hallarda bu uşaqlıqdan kənar hamiləlik olur (embrion uşaqlıq boşluğuna deyil, uşaqlıq borusunun divarına, qarın boşluğuna implantasiya edir). Lakin bəzən bu tam normal hamiləlik də ola bilər (məsələn, "spiral" yerini dəyişdikdə).

- Düzgün qoyulmuş "spiral" nə qadın, nə də bu qadınla cinsi əlaqədə olan kişi tərəfindən hiss olunmur. Uşaqlıq yolunda yad cisim hiss etdikdə, qadın mütləq ginekoloqa müraciət etməlidir. Bu "spiral"ın yerinin dəyişməsinin və ya düşməsinin əlaməti ola bilər.

- Təxminən 5-7% hallarda "spiral" düşə bilər. Adətən bu ilk 1-ci il ərzində və menstruasiya zamanı baş verir. Bəzi qadınlar "spiral"ın düşməsini hiss etmir.

- "Spiral" heç bir dərman preparatların qəbulu və tibbi manipulyasiyaların (müayinələr, əməliyyatlar) həyata keçirilməsi üçün əks-göstəriş deyil.

- Bəzən "spiral" menstruasiya müddətin uzanmasına və menstruasiya qanaxmaların çoxalmasına, menstruasiyalar arası qanaxmalara səbəb olur. Adətən bu ilk aylarda belə olur. Daha sonra vəziyyət düzəlir. Tərkibində hormonlar olan "spiral"lar bir neçə menstrual dövr ərzində menstruasiyaların yox olmasına səbəb ola bilər. Bu halda mütləq ginekoloqa müraciət etmək lazımdır.

- "Spiral"ın təsiri ondan ibarətdir ki, "spiral" spermatozoidləri uşaqlığın daxilinə buraxmır. Lakin bəzən spermatozoidlər uşaqlığın daxilinə keçir və mayalanma baş verir. Bu halda "spiral" mayalanmış yumurta hüceyrəsinə uşaqlığın divarlarına implantasiya etmək mane olur. Nəticədə mayalanmış yumurta hüceyrəsi məhv olur. Bu isə abortdur. Bu səbəbdən İslamda bu kontraseptiv üsulu birmənali qəbul edilmir.

- "Spiral" qadın orqanizmində 3-5 il ərzində (bəziləri 7-10 il ərzində) qala bilər. Daha sonra "spiral" çıxarılmalı, 1-2 menstrual dövr ərzində qadın "dincəlməli", lazım olduqda müalicə almalıdır. Daha sonra isə "spiral" yenidən qoyula bilər.

- "Spiral"ı olan qadın 1 ildə 2 dəfə olmaqla ginekoloqun müayinəsindən keçməlidir. Bu çox vacibdir.

- "Spiral"ın qoyulmasından sonra qadın qarının aşağı hissədində sızıldayan və ya tutmaşəkilli ağrılar hiss edə bilər. Qadın bu ağrılara dözməməlidir və mütləq ginekoloqa müraciət etməlidir. Belə ağrıların səbəbi "spiral"ın düzgün qoyulmaması və ya uşaqlığın həssaslığı ola bilər.

- "Spiral" menstruasiya zamanı (menstruasiyanın ilk günlərində) qoyulur. Bu zaman uşaqlıq boynu açıq olur və "spiral"ın qoyulması asanlaşır.

- "Spiral" abortdan dərhal və bir neçə həftə sonra qoyula bilər. Doğuşdan sonra "spiral" ilk menstruasiya zamanı qoyula bilər. Laktasiya (uşağın əmizdirilməsi) "spiral"ın qoyulması üçün əks-göstəriş deyil.

- "Spiral"ın qoyulması müəyyən dözülən ağrılarla müşayiət oluna bilər.

- "Spiral" qoyulduqdan sonra 4-5 gün ərzində qadın cinsi əlaqələrdən imtina etməli, uşaqlıq yolunu dərin yumamalı, tamponlardan istifadə etməməli, vanna qəbul etməməli (duş qəbul etmək olar), ağır fiziki işlərlə və idmanla məşğul olmamalıdır.

- "Spiral" istənilən vaxt menstruasiya zamanı xaric oluna bilər. Bunu yalnız həkim etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...