Ən çox plastik əməliyyatlar keçirilən ölkələr

Ən çox plastik əməliyyatlar keçirilən ölkələr


Beynəlxalq Estetik Plastik Cərrahiyyə Cəmiyyəti - ISAPS dünyanın müxtəlif ölkələrində həyata keçirilən plastik əməliyyatların sayı barədə statistik məlumatları dərc edib. Birinci yerdə ABŞ gəlir. Trend bu barədə Korrespondent.net saytına istinadən xəbər verir.


ISAPS-ın məlumatına əsasən, ötən il Birləşmiş Ştatlarda 4 milyondan çox əməliyyat keçirilib ki, bu da dünyada keçirilən bu cür prosedurların 20 faizini təşkil edir. İkici yerdə Braziliya (2 milyon plastik əməliyyat), üçüncü yerdə isə Yaponiya (1,2 milyon plastik əməliyyat) qərarlaşıb. Maraqlıdır ki, adambaşına düşən prosedurların sayına görə ən böyük göstərici Cənubi Koreyada qeydə alınıb. Bu ölkədə hər min nəfərə 20 əməliyyat düşüb. İkincilik Braziliyada, üçüncülük isə Yaponiyadadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...