Azərbaycanlı aktrisanın şəkilləri Türkiyəni başına götürdü — FOTOLAR
"Nəsrinciyik" adlı fan klubun flaşmobu "Sadəcə qəlbimizdə yox, hər yerdə sən varsan" şüarı altında təşkil etdiyi bildirilir. Türkiyədə yaşayıb-işləyən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə barədə maraqlı informasiya yayılıb. Pərəstişkarları küçəbəküçə gəzərək, onun şəkillərini divarlara, dirəklərə yapışdırıblar.
Nəsrin bu flaşmoba görə onlara təşəkkür edib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, öz şəkillərini küçələrdə görən aktrisa həm çox təəccüblənib, həm də çox sevinib. O bildirib ki, bu hərəkət onu çox duyğulandırıb.
Onu sevən bir qrup şəxs aktrisanın şəkillərini İstanbul, Ankara və İzmirdə divarlara və elektrik dirəklərinə yapışdırıb. "Nəsrinciyik" adlı fan klubun flaşmobu "Sadəcə qəlbimizdə yox, hər yerdə sən varsan" şüarı altında təşkil etdiyi bildirilir.
İspaniyada çəkilişi davam edən "Desentierro" filmi üçün tez-tez Valensiyaya gedən Cavadzadə fanatlarının belə bir şey etdiyini eşidəndə duyğulandığını deyib.
1344 dəfə oxundu