Xalq artistindən acı xəbər: "Bundan sonra əsa ilə gəzəcəm"

Xalq artistindən acı xəbər:

Səhhəti ilə əlaqədar Türkiyəyə aparılan xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli Azərbaycana qayıdıb.

"GUNDEMİNFO"nun yenicag.az-a istinadən məlumatına görə, aktyor səhhətində müəyyən irəliləyişlərin olduğunu desə də, tam sağalmadığını bildirib:"1 ildən sonra yenidən Türkiyəyə gedib, müalicəmi davam etdirməliyəm. Xəstəxanada mənə üçayaqlı əsa verdilər, bundan sonra əsa ilə gəzəcəm. Həkimlər deyir ki, bu xəstəliyin bərpası çox vaxt aparır. Nə bilim, təvəkkül Allaha.

Qeyd edək ki, bir neçə ildir ki iflic xəstəliyindən əziyyət çəkən xalq artisti Türkiyənin Romatem Bursa xəstəxanasında müalicə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1335 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...