"Damla məndən mahnısını paylaşmağımı xahiş edirdi, sonra isə mənə səviyyəsiz dedi"

"Damla məndən mahnısını paylaşmağımı xahiş edirdi, sonra isə mənə səviyyəsiz dedi"

Stilist Samiraldo müğənni Damlanı kəskin tənqid edib.

AZXEBER.COM-a açıqlama verən stilist deyib ki, vaxtilə Damla ondan çox şey xahiş edib: "Damlanın yeni mahnısı çıxmışdı, məndən xahiş etdi ki, sosial şəbəkədə səhifəmi və mahnısını paylaşım. Mən də etdim. Ancaq o sonradan dəyişdi"

Samiraldo deyib ki, Damlaya etiyi bu jestdən sonra müğənni onunla eyni verilişə çıxmaqdan imtina edib: "Bir dəfə verilişlərin birində ikimiz qonaq olacaqdıq. Anonslar yayımlandı amma Damla çəkiliş meydanına gəlmədi. Zəng edib səbəbini soruşanda prodüseri dedi ki, "Biz səviyəsiz adamla efirə çıxmarıq". Mən də bir söz deməyib susdum”.

Stilist Damlanın bu hərəkətindən şoka düşdüyünü və bu addımı başa düşmədiyini də deyib: "Əgər məni bəyənmirdinsə, niyə məndən mahnı paylaşmağı xahiş edirdin? İnsan gərək sadə qalsın, bu günün sabahı var".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...