“Mənim sponsorum kişi yox, qadındır...” - FOTO

“Mənim sponsorum kişi yox, qadındır...” -


- Cəmalə, siz “Azərbaycanın səsi” müsabiqəsi ilə tanınmağa başladız. Bəs, bu mərhələyə kimi müğənni kimi fəaliyyət göstərmisiz?

- Oxumağa erkən yaşlarından başlamışam. İnsan var ki, bir əlində iki-üç qarpız tutur. Bu sahəyə aidiyyatı olmayan bir insan sonradan müğənni olmaq istəyir. Bilirsiz, bu peşəni asan bilirlər, kənardan rahat görünür. Amma çox çətin peşədir.

Digər bir məsələ haqqında danışım. İfaçı var ki, səsyazma studiyasına gedirsən. Gözümün qabağında onun səsini dənə-dənə işləyirlər ki, bir şey ortaya çıxsın. Beləsinə nə ad verəsən? Onlara müğənni deməyə dilim gəlmir. Onlar öz evlərinə gedib balalarına baxsınlar. Bu sənəti ucuzlaşdırmasınlar. İndi hər sənətçiyə sənətkar deyirlər.

Türkiyəyə diqqət yetiririk. Sənətçiləri təbəqələrə görə bölmürlər. Nə də ki, ona ləqəb qoşmular. Bilirlər ki, filankəs div sənətkardır. Onların adları üstlərindədir. Sezen Aksunu çox kütlə tanıyır. Adı üzərindədir- Sezen Aksu...

- Dediz ki, erkən yaşlarınızdan müğənni olmaq eşqinə düşmüsüz. Niyə bəs ictimaiyyət arasında belə gec tanındız? Fasilə verməyinizin səbəbi nədir?

- Bu işdə uğurlar əldə etmək üçün maddiyyat önəmlidir. Pul baxımdan tam hazır deyildim. İndi hazıram və işlərimə start vermişəm.

“Kişidənsə, qadın sponsor yaxşıdır”

- Fasilə zamanı toylarda ifa edib pul qazandız, indi də layihələrə yatırırsız? Ya necə?

- Mənim sponsorum kişi yox, qadındır. Kişidənsə, qadın sponsor yaxşıdır. Ailəvi dostumuzdur, çox hörmət edirəm. Hər dəfə səsimə qulaq asırdı, deyirdi ki, səni tanıtdırmaq üçün nə qədər vəsait lazımdır? Daha sonra mənə maddi dəstək olmaya başladı. Düzdü, indi sponsor sözünü başqa tərəfə yozurlar. Mənə dəstək olan odur. Bunu ətrafıma yaxın olan insanlar bilir. Ona dərin təşəkkür edirəm.



“Korifey sənətkarlarımızın bəziləri cavanların yolunu kəsir”

- Şou-biznes kənarda çox əyləncəli, maraqlı bir məkan kimi görünür. Artıq bir qədər bu arenaın içərisindəsiz. Kənardan görüb bəyəndiyinizlə indi daxil oldunuz aləm arasında fərqi hiss etdiz?

- Hər şey çox fərqlidir. Hamı bir-birinin ayağını qazır. Korifey sənətkarlarımız var ki, onlarda qısqanclıq olur. Tək mən deyiləm, cavan təbəqə bunu daha çox hiss edir. Yaşlı müğənnilər cavanların sənətə gəlməklərini istəmir. Hər aşiqin öz dövranı var. Zaman ötəcək, mən də müəyyən yaşa dolacam. Səhnə gözəllik və cavanlığı sevir. Adı üstündə olan bir müğənnini yaşından asılı olmayaraq səhnəyə çıxsa, hamı ayaqüstdə alqışlayarlar. Bir – iki müğənni var, paxıl olduqlarını görmədim. Heç kəs dünyadan tutub dayanmır, bir gün hamı gedəcək.

“O xanım prodüser pullarımı mənimsədi”

-Bu sahəyə yeni gəlmisiz. Yəqin ki, sizə çox insanlar əməkdaşlıq barədə təklif irəli sürüblər.

- Bəli, biriylə əməkdaşlıq etdim. Adını belə çəkmək istəmirəm. Prodüserlikdən əsər-əlamət görmədim. Peşəkar olmaq üçün illərini fəda verməlisən. Bunun üçün canını qoymalısan. O insanda əməkdaşlıq etmək mənim ən böyük səhvim oldu. Gözüm açıldı, insanlara inamın azaldı. Onun bir prodüser fəaliyyətini görmədim, cəmi bir fotosessiyamı təşkil etdi. Bunu hər kəs edə bilir. Belə əməkdaşlıq olar? Ancaq o xanım prodüser pullarımı mənimsədi.

- Tanımaq üçün mahnılar, kliplər, fotosessiyalar kifayət edirmi?

- Müğənniyə başqa nə lazımdır? Gərək biz standart olmayan bir şeyə əl ataq. Bu zaman da gərək Azərbaycanda yaşamayım. Sizə bir söz deyim. Gərək müğənninin qeyri-adi geyimləri olmalıdır, gözəl bir modelyerlə işləməlidir. İndi insanların zövqü çox dəyişib, nəbzi tutmaq olmur. Ancaq cavanlar üçün oxuyurlar. Həm cavan, həm də yaşlı nəsil üçün çalışmalıyıq.

- İndi hər kəs instaqramda məşhurlaşır. Videolar, fotoları ilə hər kəsin beyninə həkk olunur. Siz sosial şəbəkədən nə cür istifadə edirsiz?

- Bəli, müasir dövrdə instaqram daha aktualdır. İntensiv olaraq gün ərzində şəkillər paylaşıram. Ancaq əsas məqsəd PR-dır. İnstaqramda reklamın bir növüdür. Rəsmi səhifəm də var :https://www.instagram.com/cemaleofficial/

- Müğənni olmaq üçün səs çox vacibdir? Deyirlər ki, pulun varsa, müğənni olmaq çox asandır.

- Bədbəxtçiliyə doğru gedirik. Bu fikirlə razı deyiləm. Müğənnilik peşəsini çox acizləşdiriblər. 3 ildir ki, səhnədə oxuyur, ondan necə sənətkar ola bilər? Bunlar kimə sənətkar deyirlər? Sənətçiyəm, istəmirəm ki, mənə illər sonra sənətkar desinlər. Xalqın hörmətini qazanmaq ən böyük tituldur, hədiyyədir.



- Vaxtı ilə böyük qalmaqallarla, qara piarla gündəmə gələn müğənnilər indi şou-biznesin başına oturublar. Siz bu sahəyə gələndə düşündüzmü ki, kiməsə söz atasız, qalmaqal yaşayasız?

- Qalmaqal lazım deyil. Elə olur ki, bir qədər sərt mövzuda sual verirlər. Müğənniyəm, cavablandırmağa məcbur oluram. Cavab verməsəm deyəcəklər ki, qorxur. Elə bir mövzu olur ki, həmin qalmaqallı mövzulara şərh verirəm. Amma belə niyə qalmaqallarla gündəmə gəlim? Müğənnilər tanınmaq üçün niyə belə edirlər? Əgər bilsəm ki, bütün dünya məndən danışacaq, bax, onda qalmaqal edərəm. Kimi döyüm, söyüm?

- Sizi Günay İbrahimlinin sənətə gəldiyi dövrlərdəki halına bənzədirlər.

- Mənə deyirlər ki, Cəmalə xanım, siz özünüzü bilə-bilə Günay İbrahimliyə bənzədirsiz? Mən bilə-bilə niyə bənzədim? Günaya oxşamaq üçün hansı əməliyyatı etdirmişəm? İndi Türkiyədə deyirlər ki, Günel Zeynalova əməliyyatla özünü Birce Akalaya oxşatdı. Heç dəxli var? Şükür Allaha heç bir əməliyyat etdirməmişəm. İnsan özü olmalıdır.

O gün bir məclis var idi. Yaxınlaşdılar, qucaqlaşıb dedilər ki, siz Günaysız? Cavab verdim ki, xeyr. Zaur Kamal da canlı efirdə mənə dedi ki, başqasının iziylə gedən çox uğur qazanmır. Axı mən onun iziylə getmirəm. Belə doğulmuşam, nə edim? Özümü vurub öldürüm?

- Bənzədənələr çoxalsa, xarici görünüşünüzü dəyişdirmək barədə düşünərsiz?

- Bənzədirlər. Sevil və Sevinc bacılarının efirində qonaq idim. Reklam fasiləsində dedilər ki, Günaya oxşayırsız. Mən də cavab verdim ki, canlı efirdə bu mövzuya toxunmayın. Veriliş başladı, bacılar eyni mövzunu yenə açdılar.

Mən indi nə etməliyəm? İmicimi, stilimi dəyişməliyəm? Bir az bəlkə dəyişəm, söz-söhbətlərdən uzaq gəzim. Günay xanıma sənətində uğurlar arzu edirəm, hörmətim böyükdür. Bir dəfə yaxınlaşıb dedim ki, sizə məni çox bənzədirlər. O da söylədi ki, heç bir problem yoxdur, insan insana bənzəyər.



"Bəzi müğənnilər damğalı gəzir..."

- Valideynləriniz necə? Bu sahəyə gələndə dəstək oldular? Adətən müğənnilik qeyri-ciddi bir peşə hesab edilir.

- Müğənniyə elə damğa vururlar ki... Qurunun oduna yaş da yanır. Meşə çaqqalsız olmur. Bəzi müğənnilər damğalı gəzir, o birilərinin adı da belə boşuna hallanır. Valideynlərim isə hər zaman mənə dəstək olublar. Onlar deyirlər ki, sənin səsin olmasaydı oxumağa icazə verməzdik, qoymazdıq ki, özünü kütləyə güldürəsən. Valideynlərim də mənim tamaşaçımdır.

“Qızlar mənim üçün öləcək, oğlanlar tənqid edəcək”

- Son olaraq yeni mövsüm başlayır. Sezona necə? Iddialı gəlirsiz?

- Efir Cəmaləni gözləyir. İndi şou-biznesdə yeni parlayan müğənnilər yoxdur. Aygün Kazımova kişilərə aid mahnı oxuyub. Mən də oğlanlara bir mahnı ifa etmişəm. O yəqin ki, 30 yaşdan yuxarı, mən isə həmin yaşdan kiçiklər üçün oxumuşam. Sözləri və musiqisi Əhməd Mustafayevə məxsusdur. Mahnının adı “Oğlanlar”dır. Qızlar mənim üçün öləcək, oğlanlar tənqid edəcək. Gözəl bir klip çəkdirəcəyik. Gözəl geyimlərimizi modelyer Elnarə Bəkirova hazırlayır.

“Oğlanların arxamca sürünməyindən həzz alıram”

- Niyə məhz oğlanlar?

- Həyatda da beləyəm, oğlanları yıxıb-sürüyürəm. Oğlanların arxamca sürünməyindən həzz alıram. Bunu bütün qızlar bəyənir. Mən niyə bəyənməyim?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1329 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...