Elza Seyidcahan Türkiyənin məşhur serialını məhkəməyə verir - VİDEO

Elza Seyidcahan Türkiyənin məşhur serialını məhkəməyə verir -

“Ya mənə təzminat ödəyəcəklər, ya da müəllif hüquqlarımı qoruyacaqlar”.

Türkiyənin “Star” telekanalında yayımlanan “Çilek kokusu” serialının musiqisinin oğurluq olduğu ortaya çıxıb.

Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, mahnı ötən il təmsilçimiz Elvin Ordubadlının Tatarıstanda keçirilən “Türkvision” müsabiqəsində səsləndirdiyi “Devlerin yalnızlığı”nın eynisidir. Bəstənin müəllifi, əməkdar artist Elza Seyidcahan məsələ ilə bağlı açıqlama verib. O, filmin yaradıcı heyətini məhkəməyə verəcəyini bildirib: “Mahnımı oğurlayıblar. Bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşıram. Mahnıdan istifadə etsinlər, amma niyə müəllifin adı qeyd olunmur? Ya mənə təzminat ödəyəcəklər, ya da müəllif hüquqlarımı qoruyacaqlar. Türkiyəli yazar Ayşe Birgül Yılmazla əlaqə saxlayıb mahnını ona göndərdim. O da təsdiqlədi ki, mənim bəstəmin eynisidir. Bu işlərdə mənə kömək edəcək”.

E.Seyidcahan “Devlerin yalnızlığı” mahnısının bir çoxlarının diqqətini çəkdiyini deyib: “Biz Tatarıstanda olanda müsabiqəyə qatılan bütün münsiflər mahnıya heyran qalmışdı. Müxtəlif ölkələrdən gələn qonaqlar hamısı bəstənin kimə aid olduğunu soruşurdu. Çox maraqlı musiqisi var. Elvini yarışmada səkkizinci edən də mənim bəstəm oldu. 24 ölkənin TMB telekanalının rəhbərləri bilir ki, bu, Elza Seyidcahanın mahnısıdır”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1630 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...