Aytacın erməni mahnısını Səbinə Babayeva üzə çıxarıb? - VİDEOLAR
Müğənni Aytac Bərdəli tərəfi ifaçının erməni mahnısı oxumasına aydınlıq gətirib.
Musavat.com saytına müğənninin prodüseri Nərgiz Hüseynova bildirib ki, sözügedən bəstənin ermənilərə aid olmasında müğənni xəbərsiz olub: “Mahnı rus dilində olduğu üçün Aytac onun erməni mahnısı olduğunu bilməyib. Musiqini bəyənib, sözlərini özününküləşdirib. Övlada, uşağa həsr edib. O, musiqini götürüb. Erməni mahnısını götürüb oxumayıb. Sözügedən bəstənin orijinal versiyasını Nadir Qafarzadə, Samir Piriyev, Elton, Abbas Bağırov da oxuyub. Bu məsələnin gündəmə gəlməsində qərəz var. Bir ildir ki, “Balam” mahnısı işıq üzü görüb.
Indiyə kimi heç kim bu haqda yazmayıb, danışmayıb. Birdən-birə niyə gündəmə gəldi? Bir ildir ki, mahnı heç yerdə səslənmir. Aytac xanım erməni mahnısını olduğunu biləndən oxumur, qadağa qoyub. Ermənilər bizim mahnıları oğurlayıb, oxuyurlar, adlarına çıxırlar. Ermənilərin heç nəyi yoxdur. Torpaqları da, suları da, incəsənət nümunələri də bizimdir. Onlar “Vağzalı”mızı toylarında səsləndirirlər. Amma bizimki musiqi götürəndə üstünə düşürlər. Bu haqsızlıqdır. Bir daha deyirəm ki, Aytac xanım bilmədən oxuyub.
Səbinə Babayeva demişdi ki, səsi olanlar da oxuyur, olmayanlar da . Bəzi müğənniləri isə eşşək adlandırmışdı. Bu da Aytac xanımın xoşuna gəlməmişdi və ona tənqidi cavab vermişdi. Erməni mahnısı məsələsi də həmin söhbətdən sonra ortaya çıxdı. Aytac xanım ad çəkib, qalmaqala düşmək istəmir. Amma mən sözümü də deyirəm, arxasında da dayanıram”.
Qeyd edək ki, azxeber.com saytı Aytacın repertuarına daxil etdiyi “Balam” adlı mahnının erməni musiqisinin plaqiatı olduğunu bildirib. Mahnının orijinal versiyası 4 il bundan əvvəl erməni müğənni Vaçe Amaryan tərəfindən ifa edilib.
1374 dəfə oxundu