Nisə Qasımova: "Yerli seriallarımızı görəndə kanalı çevirirəm"
"İndi veriliş aparmaq dəb halını alıb. Mən bu dəbdə olmaq istəmirəm. İstəyirəm ki, yararlı aparıcı olum". Gundeminfo.az yazır ki, bu sözləri axşam.az-a açıqlamasında xalq artisti Nisə Qasımova deyib. Müğənni ATV-də yayımlanan və bir müddət əvvəl bağlanan "Mənim dünyam" proqramından danışıb.
O bildirib ki, uzun müddət aparıcılığa qayıtmağı düşünmür: "Belə görünür ki, yararlı olmadığım üçün proqramımı davam etmədim. Bunu təfərrüatı ilə açıqlamaq istəmirəm. Öz ideyalarımla, dünyaya baxışımla dolu olan veriliş hazırlamaq istərdim. Mənim işçi komandam olmalıdır. Arzulayıram ki, komandam duyduğum şeyləri icra etsin. Mənə durub kənardan əmr verməsinlər. Sevmirəm mənə əmr versinlər ki, onu belə et, ayağını belə qoy, elə oturma. Necə davranmaq lazım olduğunu gözəl bilirəm. Sərbəst aparıcı olmaq istəyirəm. Ürəyimcə komanda yığmayana qədər veriliş haqda düşünməyəcəm".
N.Qasımova yeni çəkilən film və seriallardan söz açıb:
"Tez-tez sual verirlər ki, niyə filmə, seriala çəkilmirsən. Hansı filmə, seriala çəkilim ki? Heç birində reallıqları görmürəm. Yerli seriallarımızı görəndə kanalı çevirirəm".
Müğənni deyib ki, bundan sonra özünü rejissor kimi sınayacaq:
"Yalandır dünyam"ı Qara Dərvişlə rok versiyasında oxumuşam. Klipi özüm çəkəcəm. Rejissorluq və prodüserlik edəcəm. Söz vermişəm ki, özüm rejissorluq edəcəm. Kliplərimin heç birindən xoşum gəlmir. Yüz, 50 min pul xərcləyirlər klip çəkirlər, hamısı nə gündə. Gələcəkdə rejissor kimi özümü göstərəcəm və orada demək istədiyimi əks etdirəcəm".
1230 dəfə oxundu