Bakıda transseksual biznesmenləri hədələyir- "ŞAMPLENA" FAHİŞƏLİKLƏ MƏŞĞUL OLAN "MAVİLƏR" VƏ QADINLARDAN HAQQ ALIR
Bakının Nizami rayonundakı biznesmenlər bütün rayonu vahimədə saxlayan və “Şamplena” adlı transseksual tərəfindən idarə olunan bir qrup seksual azlıqdan şikayət edirlər. Söhbət iyulun 4-də çay evində hay-küy salmış “Şamplena”dan gedir.
Gundeminfo.az sputnik-ə istinadən xəbər verir ki, artıq “Opera” çay evinin sahibi Məmmədov Rafiq Ramazan oğlu polisə şikayət verib.
Onun sözlərinə görə, seksual azlıqların 3 nəfər nümayəndəsi çay evinə gələrək ondan 500 manat tələb edib. Xuliqanlardan “Şamplena” adlı biri şüşə qırığı ilə öz damarını kəsib və 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
İlkin məlumatlara əsasən, Məmmədov guya ki, “mavilərə” pul borclu olub, lakin pulu olmadığından borcu qaytara bilməyəcəyini deyib. Onda bir qrup şəxs çay evini dağıdıb. Onlar mebeli sındırıblar, şüşə qırığı ilə isə Məmmədovu əlindən yaralayıblar. Lakin məlum olub ki, bu məlumat bir qədər həqiqətə uyğun deyil. Çay evinin sahibi Rafiq Məmmədov sözügedən transseksuallara bir qəpik də borclu olmadığını deyib.
Məlum olub ki, hadisədən 5 gün əvvəl əsl adı Teymur Paşayev olan, 42 yaşlı “Şamplena” öz əlaltıları ilə çay evinə gələrək Məmmədovdan sakit işləyə bilmək üçün 500 manat aylıq haqq tələb edib. “Şamplena” bu məbləği toplamaq üçün biznesmenə 5 gün vaxt verib. Məmmədov deyir ki, onun çayxanasının yerləşdiyi əraziyə o baxır və küçədə fahişəliklə məşğul olan “mavilər” və qadınlar gündəlik ona 20 manat haqq ödəyirlər: “İndi biznesmenlərdən də haqq yığa biləcəyini düşünüb və mənim üstümə gəlib. Mən onun içkili olduğunu düşünüb çox da mübahisə etmədim və birtəhər çay evindən çıxardım”.
5 gündən sonra uzun saçları olan və qara don geyinmiş “Şamplena” əlaltıları ilə yenə çay evinə gəlib, hay-küy salıb və obyektin sahibini tələb edib. Məmmədov onların qarşısına çıxıb.
“Mən sənə pul toplamaq üçün 5 gün vaxt vermişdim. Tez pulları düş, yoxsa, buranı dağıdacağam”, – deyə “Şamplena” əmr edib. Lakin Məmmədov pul verməyəcəyini bildirib. Onda “mavilər” çay evində mebelləri dağıtmağa başlayıblar. “Şamplena” biləyini kəsəcəyini və günahı Məmmədovun üstünə atacağını bildirib. Məmmədov polis çağırıb.
Məmmədovun sözlərinə görə, dələduzlar 1500 manat qiyməti olan televizoru da qırıblar. Həftənin birinci günü isə “Şamplena” Məmmədovun pencəyinin cibindən 150 manat oğurlayıb.
Qeyd edək ki, sözügedən faktla bağlı heç kəs saxlanılmayıb. Polis əməkdaşları materialları toplayaraq istintaqa təhvil veriblər ki, məsələni prokurorluq həll eləsin. Bununla belə, cəzanın humanistləşdirilməsi ilə bağlı son normativ aktlar polisin əl-qolunu bir qədər bağlayıb.
Bu arada, digər məlumatlı mənbənin xəbərinə görə, “Şamplena” bütün Nizami rayonunu qorxu altında saxlayır. Burada hamı onu istənilən anda qolunu kəsərək (transeksualın qolunda çoxsaylı kəsik yerləri var) problem yarada biləcək qalmaqalçı kimi tanıyır. Yeri gəlmişkən, internetdə “Şamplena”nın “Qızıl Qaya” restoranındakı toyunun və dükan satıcıları ilə davalarının kadrları çoxdur. Hələlik “Şamplena”nın qarşısı alınmır və o, insanları hədələməyə davam edir…
1222 dəfə oxundu