"Şükür ki, "kitayski" Faiq Ağayevlər yoxdur"

"Şükür ki, "kitayski" Faiq Ağayevlər yoxdur"


Xalq artisti Faiq Ağayev sənətindəki yerinə göz dikənlərə xəbərdarlıq edib. Müğənni “ATV Maqazin”ə açıqlamasında heç kimin onu əvəz edə bilməyəcəyini söyləyib:

“Deyirlər Faiq Ağayevin qatarı gedib. Faiq Ağayevin qatarı getsəydi, 4 gün nədir, heç 4 dəqiqə tamaşaçı toplaya bilməzdi. Bəzi insanlar illərdir ürəklərində saxladıqlarını zaman keçdikcə gerçək görürlər. Nənələr, babalar yaxşı deyib: “Filankəsin arzusu ürəyində qaldı”. Sənətə gələndə heç kimin yerinə göz dikməmişdim. Kimsə kimisə təqlid edə bilər. Amma onu özü kimi qəbul edən olmayacaq. İnsan olduğu kimi davranmalıdır. Sənətdə əsl Faiq Ağayev var, axı. Şükür ki, “kitayski” Faiq Ağayevlər yoxdur. Mənim pozanım, baltam, qılıncım mahnılarımdır. Onlarla elələrini silmişəm ki...”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...