"Ayda bir dəfə manikürə və pedikürə gedirəm" - 70 yaşlı xalq artisti

"Ayda bir dəfə manikürə və pedikürə gedirəm" -


Xalq artisti Səməd Səmədov kişilərin xəyanətindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Hər şey daxil" verilişində heç vaxt xanımına xəyanət etmədiyini deyib:

“Arvaddan qorxmayan kişi deyil. Gələn il ailə qurmağımızın 40 illiyidir. Xəyanət mənlik deyil. Mənim yanımda həmişə gözəl qadınlar olub: Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Sevda Əliqızı. Məni onlar cavan saxlayıb. 70 illik yubileyimi təzəcə qeyd etmişəm.

Toydan qabaq mən həyat yoldaşıma xəbərdarlıq etdim ki, toy, məclis adamıyam. Ola bilər, evə gecə saat 12-də gəlim, ola bilər səhər gəlim. Qısqanclıq olmasın. Mənim peşəm xalqın qarşısında, toylarda iştirak etməkdir”.

S.Səmədov xanımının heç vaxt makiyajdan istifadə etmədiyini söyləyib:

"Makiyaj edən xanıma həsrətəm. Mənim həyat yoldaşım heç vaxt makiyaj etmir. Özüm də baxımlı olmağı sevirəm. Ayda bir dəfə manikürə və pedikürə gedirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...