Məhkəmə Təranə Qumrala qarşı 10 min manat cərimə kəsdi

Məhkəmə Təranə Qumrala qarşı 10 min manat cərimə kəsdi


Xətai Rayon Məhkəməsində müğənni Nazəninin həmkarı Təranə Qumrala (İbrahimova) qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb. Müğənni Nazəninin vəkili Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə T. Qumralın 10 min manat təzminat ödəməsi və Nazənindən üzr istəməsi barədə iddia tələbini təmin edib. Qeyd edək ki, bir müddət əvvəl hər iki müğənni arasında narazılıq yaranıb. Tərəflər bir-birinə qarşı ittihamlar səsləndiriblər.


Bundan sonra Nazənin məhkəməyə müraciət edib. İddia ərizəsində Təranə İbrahimova tərəfindən Nazəninin barəsində şəxsiyyəti və fəaliyyəti barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların yayıldığı göstərilib. Eyni zamanda həmin məlumatların yalan məlumatlar kimi tanınması, məlumatların ANS telekanalı vasitəsilə təkzib olunması, cavabdeh Təranə İbrahimovanın üzr istəməsi və müğənni Nazəninə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi əksini tapıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1459 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...