Milyarder Beyonsun bədəninə heyran oldu və ... VİDEO + FOTO
33 yaşlı Beyonsun cazibədar bədən quruluşu nəinki həyat yoldaşı reper Cey-Z və milyonlarla pərəstişkarı, hətta memarları da ilhamlandırıb. ANS PRESS-in məlumatına görə, "Elenberg Fraser" tikinti şirkəti ulduzun bədəninin incəliklərini təkrarlayan 226 metr hündürlüyündə göydələnin layihəsini hazırlayıb. Avstraliyanın Melbrun şəhərinin mərkəzində uzaldılacaq bina qeyri-adi quruluşu ilə hər kəsi özünə cəlb edəcək.
Layihənin memarının sözlərinə görə, müğənninin bədən quruluşu küləyin titrəyişli hərəkəti ilə tərpənirmiş kimi görünəcək. Göydələndə yaşayış mənzilləri, mehmanxana nömrələri və mağazalar yerləşəcək. Gələcək binanın nümunəsi Beyonsun "Ghost" mahnısına çəkdirdiyi klipdən götürülüb. Aktrisa klipdə külək effekti verən qurğunun yanında dayanıb və amerikalı məşhurun bədəninin ətrafında qara parşa əsir.
Beyonsun "Ghost" klipi
Göydələnin maliyələşdirilməsini Beyonsa pərəstişkarlıq edən sinqapurlu milyarder Ko Vi Menqunun sahibi olduğu "Fragrance" şirkəti öz üzərinə götürüb. Layihənin memarları kimi o da cazibədar ifaçıdan ilham aldığını bildirib. Beyons özü hələki bu barədə heç bir şərh verməyib.
1512 dəfə oxundu