Namiq Qaraçuxurlu: "Nanəni sevirəm..."

Namiq Qaraçuxurlu: "Nanəni sevirəm..."

Meyxanaçı Namiq Qaraçuxurlu teleaparıcı Nanə Ağamalıyeva ilə sevgili olması ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib. Açıqlamasında meyxanaçı yayılan söhbətləri əsassız adlandırıb:

“Bəli, mən Nanə xanımı çox sevirəm. Bir yaradıcı sənət adamı kimi çox bəyənirəm. Yaradıcı insandır. Xətrini çox istəyirəm. Yayılan söhbətlər əsassızdır, bizim aramızda sevgi-məhəbbət yoxdur. Biz yaxın dostuq. “Mənə bir az ondan danış” verilişinin qonağı olacam. Nanə xanımın layihəsinə və komandasına xələl gətirməmək üçün tam açıqlama vermək istəmirəm. Bir onu deyə bilərəm ki, yayılan video-rolik və şəkillər veriliş üçün çəkilib”.

Qeyd edək ki, “10-lar” verilişi cütlük barədə sujet təqdim edib. Sujetdə cütlüyün səmimi fotoları və video görüntüləri yer alıb.
qafqazinfo


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...