Erməni futbolçu "Traktorsazı"dan qovuldu

Erməni futbolçu "Traktorsazı"dan qovuldu


Ötən mövsüm İran çempionatını gümüş medalla başa vuran "Traktor Sazi"nin erməni əsilli futbolçusu Andranik Teymuryan komandadan göndərilib. Qol.Az-ın məlumatına görə, Təbriz təmsilçisinin rəhbərliyi 32 yaşlı futbolçu ilə yolları ayırmaq qərarına gəlib. Teymuryan karyerasını Qətərin "Umm Salal" klubunda davam etdirəcək. Həmin klubu 2013-cü ildən türkiyəli mütəxəssis Bülənt Uyğun çalışdırır.

Qeyd edək ki, Teymuryan 2010-cu ildə "Fulhem"dən "Traktor Sazi"yə transfer olunub. Daha sonra Tehranın "İstiqlal" klubunda çıxış edən dayaq yarımmüdafiəçisi bu ilin yayında yenidən "Traktor Sazi"yə qayıdıb. O, ötən mövsüm İran çempionatının son turunda "Naft Tehran"la görüşün 64-cü dəqiqəsində qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. Bundan sonra qapısında iki top görən "Traktor Sazi" görüşdən 1 xalla ayrılmış və çempionluq şansını əldən vermişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1376 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...